Pentaqon səudiyyəlini öz ölkəsinə qaytarır
805 dəfə baxılıb
“Sələf Xəbər” alhadath.net-ə istinadən xəbər verir ki, ABŞ-ın Daxili İşlər Nazirliyi Şənbə günü Qvantanamonun məhbuslarından olan Səudiyyəli bir kəsin öz ölkəsinə qaytarıldığını məlumat vermişdir.
Bu məşhur həbsxanada hazırda 142 məhbus var. ABŞ-ın prezidenti Barak Obama ikinci və sonuncu prezidentlik müddətinin bitməsindən öncə həmin həbsxananı bağlayacağı vədini vermişdir.
Qvantanamoda 12 ildir həbsdə olan otuz dörd yaşlı Məhəmməd Zəhrani keçən oktyabr ayının üçünə qədər Amerika üçün böyük bir xətərli şəxs kimi tanınırdı. Lakin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də daxil olmaqla altı rəsmi dövlət agentliklərinin nümayəndələrindən ibarət audit komitəsi həmin şəxsi dinlədikdən sonra onun ABŞ-a heç bir təhlükə yaratmadığını hesab etmişdirlər.
ABŞ-ın Müdafiə Nazirliyinin bəyanında deyilir ki, Konqres sözügedən məhbusun öz ölkəsinə təhlükəsiz və humanitar şəraitə müvafiq olaraq aparılması üçün Səudiyyə hökuməti ilə əlaqə yaratmışdır.
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.”
Qurani Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr