Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Peyğəmbər məscidi genişləndirilir – VİDEO

Dekabr 04
18:48 2014

“Sələf Xəbər” alanba.com.kw saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Kralı və İki Müqəddəs Məkanın Xadimi Mədinədəki Peyğəmbər məscidinin genişləndirilməsi üçün qərar verdiyinə görə, məscidə yaxın mehmanxanaları hökumət sahiblərindən pul ilə alaraq sökməyə başlayıblar.

Həmin mehmanxanalardan biri olan “Rihəb əl-Misk” mehmanxanasının sürüşdürmə yolu ilə bir neçə saniyədə sökülməsi görüntülərini sizə təqdim edirik.

🎬

 Sələf Xəbər: “Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Qurani-Kərim, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmaq, onlara hörmət bəsləmək və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).

📷

sx-news-1127a

Digər xəbərlər