Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Peyğəmbər məscidinin imamı xütbəni bir anlıq dayandırdı – VİDEO

Oktyabr 20
14:34 2014

“Sələf Xəbər” alanba.com.kw saytına istinadən bildirir ki, Peyğəmbər məscidinin imamı və xatibi Şeyx Əli əl-Huzeyfi cümə xütbəsini saxlayaraq məscidin içində fotoşəkil çəkənlərə nəsihət edib.

“Belə etməklə müsəlmanlara əziyyət verməyin” deyən xatib onları şəkil çəkməklə cümələrini batil etməkdən çəkindirib.

🎬

 Sələf Xəbər: Bildiyiniz kimi, cümə xütbəsində özünü və ətrafdakıları xütbədən yayındıracaq əməllər etmək, o cümlədən danışmaq, hətta danışanlara irad tutmaq da qadağandır.

Hədislərin birində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Əgər sən cümə günü imam xütbə verən zaman yanındakı adama “Sus” desən artıq danışmış olursan.” (Buxari və Müslim)

Digər xəbərlər