Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) təhqiri cəza ilə nəticələnəcək
Yanvar 26
18:14
2015
836 dəfə baxılıb
Türkiyənin paytaxtı Ankara şəhərinin Gölbaşı Sülh Cəza Hakimliyi Feysbuk sosial şəbəkəsində Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) təhqirini qadağan edib.
“Sələf Xəbər”Axar.az-a istinadən xəbər verir ki, bundan sonra sosial şəbəkələrdə Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) təhqir olunması cəza ilə nəticələnəcək.
Bundan başqa, bu tip səhifələrin yaradılması da qadağan olunub.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)