Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sevimli qidası şərəfinə festival başlanıb – FOTO

İyul 22
19:44 2016

Xurma ağacı Şimali Afrikada, Ərəbistan yarımadasında və digər Asiya ölkələrində 9 min ildir ki, insanlar tərəfindən becərilir. Ümumiyyətlə, yetişdirilən 70-ə yaxın xurma növü, həm təzə, həm də qurudulmuş halda qida kimi istifadə olunur.

212206-INNERRESIZED600-700-2

BƏƏ-də yetişən 41 milyon xurma ağaçından 16 milyonu bar verəndir. Ölkədə 2 böyük xurma fabriki fəaliyyət göstərir. Bu fabriklərdə xurma həm təbii şəkildə, həm də şokolad içində, ərik qurusu və ləpə ilə birlikdə istehsal edilir.

212208-INNERRESIZED600-700-7

Xurma istehsalına görə BƏƏ dünyada 6-cı yeri tutur. Burada əldə olunan məhsulun yarıdan çoxu Liva vadisinin oazislərindən toplanır. Məhz elə burada hər il keçirilən xurma festivalı zamanı yarmarkalarda ən yaxşı xurma növləri nümayiş olunur. Festivalda həmçinin xurma becərənlər üçün müsabiqələr, faydalı mühazirələr də təşkil olunur. Qaliblər üçün mükafatlar ayrılır.

212210-INNERRESIZED600-700-8

212204-INNERRESIZED600-700-3

Təşkilatçıların sözlərinə görə, BƏƏ-də artıq ənənəyə çevrilmiş Xurma Festivalı bu il Livada iyul ayının 20-dən 30-na kimi keçirilir. Festivala tamaşa etmək üçün 70 000 ziyarətçinin gələcəyi məlum olub.

212218-INNERRESIZED600-700-14

212213-INNERRESIZED600-700-10

212217-INNERRESIZED600-700-15

212205-INNERRESIZED600-700-5

212212-INNERRESIZED600-700-12

Sələf Xəbər: Uca Allah buyurur: Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.” (İbrahim: 24).

Digər xəbərlər