Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Peyvəndləmə 100 uşağın həyatına son qoyub

Sentyabr 19
20:50 2014

APA-nın İTAR–TASS-a istinadən verdiyi xəbərə görə, Suriyada BMT-nin təşəbbüsü ilə keçirilən peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb. Hadisə İdlib vilayətinin şimal-qərbində, müxalifətin nəzarətində olan ərazidə baş verib.

Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri vaksinin Türkiyədə istehsal olunduğunu, və rəsmi Dəməşqin Ümumdünya Səhiyyə Təşkilatından insidenti araşdırmağı tələb etdiyini bildirib.

BMT-nin mətbuat xidməti katibinin müavini Fərhan Haq isə BMT Uşaq Fondu (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin (WHO) İdlib əyalətindəki hadisədən şoka düşdüyünü bildirib. F. Haq UNİCEF-in peyvənddən sonra yalnız 15 uşağın ölümünü təsdiqlədiyini qeyd edib.

BMT rəsmisi məsələnin araşdırılacağını vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İdlib vilayətində qızılca əleyhinə peyvəndləmə aksiyası keçirilib.

 Sələf Xəbər: Şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) soruşdular: Xəstəlikdən əvvəl dərman qəbulunun, məsələn, peyvəndləmənin hökmü nədir?
O cavab verdi: “Epidemiya səbəbindən və ya xəstəlik yaradacaq başqa amillərə görə xəstələnməkdən ehtiyat edərək dərman qəbul etməkdə yanlış bir şey yoxdur. Xəstəlikdən qorunmaq üçün dərman qəbulunda səhv heç nə yoxdur, çünki səhih hədisə əsasən, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim səhər əcva (xurma sortu) xurmasından yeddi ədəd yesə, həmin gün ona nə zəhər, nə də cadu zərər gətirə bilməz”. Bu da məhz bəla gəlməmişdən öncə onun dəf edilməsinin bir növüdür.

Beləliklə, əgər xəstələnmək qorxusu varsa və insan öz ölkəsində və ya başqa bir yerdə mövcud olan infeksiya əleyhinə vaksin qəbul edirsə, bunda qəbahətli heç nə yoxdur, çünki bu müdafiənin bir növüdür. Eyni zamanda xəstəlikdən, cinlərdən, nəzərdən qorunmaq üçün amulet və onu kimi əşyalar taxmaq və ya boyundan asmaq olmaz, çünki Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bunu qadağan etmiş, və bunu kiçik şirkin növlərindən hesab etmişdir, beləliklə, bundan çəkinmək lazımdır.” (Şeyx Əbdüləziz ibn Bəzzin fətvası 6/21).

Digər xəbərlər