PKK azan və namaza qadağa qoydu
700 dəfə baxılıb
PKK terror təşkilatının Suriya qanadı PYD ələ keçirdiyi türkmən qəsəbələrində azan oxunmasını və namazı qadağan edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, PYD Hələbin Tel Rıfat, Əhras, Kəfər Naya, Der Cineyl və Ayn Dakna qəsəbələrində namaza və azan oxunmasına icazə vermir.
Azad Suriya Ordusunun sünni komandirlərindən Əbu Hilal PYD-nin əsil müharibəsinin İslama qarşı olduğunu bildirib:
“Minarələrdə kommunist marşları səsləndirilir. İnsanların ibadət etməsinə isə icazə vermirlər. Ələ keçirdikləri hər bölgəni yağmalayırlar. Orada yaşayan ərəb, türkman və özləri kimi düşünməyən kürdlərə qarşı pis davranırlar”.
Komandir PYD-nin İŞİD terror xəvaric qruplaşmasından daha təhlükəli olduğunu və bu müharibədə uduzacağını bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)