Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK Azərbaycanın qaz kəmərini partladıb – VİDEO

Avqust 25
15:50 2015

Bakı-Tiblisi-Ərzurum qaz kəmərində partlayış baş verib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, partlayış kəmərin Qars şəhərinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

Partlayış barədə Qars valisi Günay Özdəmir mətbuata açıqlama verib. O bildirib ki, qaz kəmərinə PKK terrorçuları hücum edib. “Terror hücumu nəticəsində partlayış baş verib. Güclü yanğın davam etdiyindən əraziyə yaxınlaşa bilmirik və çox uzaq məsafədə dayanmışıq. Yanğının söndürülməsi istiqamətində işlər aparılır”, – deyə Günay Özdəmir bildirib.

Bölgəyə qaz verilişi dayandırılıb. Partlayış o qədər güclü olub ki, göyə qalxan alov Qars və Ərzurum şəhərinin bir çox ərazilərindən görünüb. Partlayış bölgədə yaşayan sakinlərin təşvişinə səbəb olub.

Hadisədən sonra ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırmalar davam edir.

Bundan əvvəl, avqustun 4 də Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib.

Hadisədən dərhal sonra boru xəttində qaz nəqli dayandırılıb. Partlayışın səsi 20 kilometr aralıdan eşidilib.

Son vaxtlar Türkiyədə PKK və İŞİD terror xəvaric qruplaşması xeyli aktivləşib. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirır, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürür. Bir neçə gün əvvə ilə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər