Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK-dan təmizlənən əraziyə türkmənlər yerləşdiriləcək – Xəritə

Avqust 01
14:59 2015

Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus arasındakı bölgəni İŞİD terror xəvaric qruplaşmasından təmizləmək məsələsində razılığa gəliblər.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, “Əl-Cəzirə”nin yüksək səviyyəli mənbələrdən əldə etdiyi məlumata görə, bunun qarşılığında “İncirlik” hərbi bazası koalision güclərin üzünə açılacaq. Əsas məsələ İŞİD terror xəvaric qruplaşmasından təmizlənəcək bölgəyə kimin yerləşdirilməsidir.

Məlumatda bildirilir ki, razılaşmaya görə, həmin bölgə Suriya müxalifəti ilə türkmənlərə (Azərbaycan əsilli -red) veriləcək. Rəsmi Ankara PKK-nın Suriya qolu olan PYD-nin bu bölgəyə təsir etmək imkanlarına imkan verməyəcək.

Qeyd edək ki, iki gün öncə MİT rəhbərliyi ilə türkmən komandirlərinin Ankarada keçirdikləri görüşdə Türkiyənin 5 minlik türkmən ordusu yaratması haqda razılığa gəlinib.

“Yeni çağ” qəzetinin köşə yazarı Ahmet Takan isə maraqlı iddia irəli sürüb:

“Ankara Vaşinqtonla razılaşıb. Əvvəlcə terror təşkilatlarının Türkiyəni hədəf almasının qarşısını alınacaq, Türkiyənin daxili və sərhədləri təmizlənəcək. Daha sonra təhlükəsizlik zonasında türkmənlərin mövcudluğuna zəmanət alaraq, köç dalğasının qarşısı alınacaq. ABŞ Rusiya və İranı məmnun edəcək vədlər verib. Həmçinin, Əsədlə razılaşıb. Bu razılaşmaya görə, Əsəd və ailəsinin təhlükəsizliyi təmin olunacaq. Əsəd özü hakimiyyətdən çəkiləcək və onun yerinə yeni Əsəd gələcək”.

📷

AA5950116

Digər xəbərlər