PKK-nın Azərbaycan sərhədi yaxınlığında törətdiyi terror aktında ölənlərin sayı 11-ə çatıb
Sentyabr 08
18:27
2015
701 dəfə baxılıb
PKK terrorçuları İqdır vilayətində polisləri daşıyan mikroavtobusa hücumu nəticəsində həlak olanların say 11-ə çatıb. Bundan əlavə 4 yaralı da var.
Hadisə polislər İqdırdaki Dilucu sərhəd məntəqəsinə, öz iş yerlərinə gedərkən baş verib.
“Sələf Xəbər”in Sputnik.az-a istinadən məlumatına görə, hadisə bugün səhər saatlarında baş verib. Terrorçular yola döşədikləri minanı polis maşını keçərkən işə salıb.
Dilucu sərhəd məntəqəsi Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı sərhəddə yerləşir.
Hadisə Naxçıvan Muxtar Respublikasına yaxın olan Hasanhan kəndi yaxınlığında baş verib.
Bölgədə təhükəsizlik qüvvələrinin geniş miqyaslı əməliyyatı başlayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)