PKK-nın davam edən partlayış nəticəsində əsgərlər şəhid olub
746 dəfə baxılıb
Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı əməliyyat başlayıb.
Qeyd edək ki, ötən gecə PKK terror təşkilatının üzvləri Diyarbəkirin Kulp qələbəsindəki hidroelektrik stansiyasının tikintisinin aparıldığı əraziyə silahlı hücum təşkil edib.
Hücumun qarşısını alarkən Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, 3-ü isə yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yazılı açıqlamasında bildirilib ki, terrorçulara layiqli cavab verilib.
Açıqlamada terrorçuların zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların davam etdiyi, yaralı əsgərlərinin səhhətinin normal olduğu bildirilib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)