PKK-nın xain hücumu: 2 şəhid, 7 yaralı
697 dəfə baxılıb
PKK Türkiyədə terror aktları törətməyə davam edir.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, PKK-çılar Bitlis şəhərinin Güroymak qəsəbəsində polislərdən qaçan zamanı qəsəbədə yerləşən çayxanaya hücum ediblər. Silahlı hücum nəticəsində çayxanada olan 2 nəfər öldürülüb, 6 nəfər isə yaralanıb.
Polis hadisəni törədən PKK-çıların axtarışı ilə bağlı xüsusi əməliyyat aparır.
PKK-çılar Diyarbəkir şəhərinin Özəkli qəsəbəsində yerləşən hərbi hissəyə silahlı hücum edib. Uzun tipli silahlara hücum zamanı bir əsgər ağır yaralanıb. Yaralı Diyarbəkir Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, PKK-çılar avqustun 12-də də Özəkli qəsəbəsində yerləşən hissəyə hücum etmişdi. Hücum zamanı baş çavuş Fatih Göksən şəhid olmuş, 3 əsgər isə yaralanmışdır.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)