Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK silahlıları məscidi cəbhəxana edib

Avqust 17
15:58 2015

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonundakı məscidlərdən birində terrorçu Kürd Fəhlə Partiyasına (PKK) məxsus cəbhəxana aşkarlanıb.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, axtarış zamanı məsciddən 250 kiloqram partlayıcı, 2 raket atan və 3 iri çarxlı silah, bu silahlara aid çox sayda güllə və mərmi, tapançalar və səsboğucular, 35 molotov kokteyli və digər döyüş sursatları ələ keçirilib. Bildirilir ki, cəbhəxana ilə əlaqəsi olan 14 nəfər həbs olunub.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər