Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK terrorçuları partlayış törətdi – 5 hərbçi həlak olub, üçü yaralanıb

May 25
17:03 2016

Türkiyənin Van əyalətinin Çaldıran rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, yol kənarına quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb.

İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər