PKK terrorçuları TANAP-a hücum edib
İyul 31
18:00
2015
766 dəfə baxılıb
Türkiyədə PKK terrorçuları yük qatarını partladıblar.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, Ərzurumdan yola çıxan və TANAP-ın tikintisi üçün boru daşıyan yük qatarı partladılıb.
Bundan 45 dəqiqə sonra hadisə yerinə gedən dəmir yolu işçilərinə atəş açılıb. Nəticədə 4 nəfər ağır yaralanıb. Onlardan biri xəstəxanada vəfat edib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)