Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK terrorçularının növbəti hücumu – 13 əsgər yaralanıb

Sentyabr 22
16:13 2015

Türkiyənin Van vilayətində növbəti terror aktı törədilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 23.30 radələrində Başkale-Hakkari yolunun 10-cu kilometrliyində baş verib.

PKK terrorçuları əvvəlcədən basdırdıqları əldə qayırma partlayıcı qurğuları zirehli avtomobillər yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 13 hərbçi yaralanıb.

Yaralı əsgərlər hadisə yerinə gələn təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına aparılıblar. İlkin yardım göstərildikdən sonra hərbçilər helikopterlə Yüzüncü İl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzinə göndəriliblər.

Terrorçuları zərərsizləşdirmək məqsədi ilə ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər