Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK türk əsgərlərə pusqu qurdu

Oktyabr 03
16:34 2016

Türkiyənin Hakkari vilayətinin Yüksekova qəsəbəsində PKK terroorçuları hərbi maşın karvanına hücum edib.

Selefxeber.az-ın xarici mənbələrə istinadən məlumatına görə, bu gün səhər saatlarında əsgərləri daşıyan zirehli maşın hərəkətdə olarkən yola quraşdırılmış partlayıcı işə salınıb.

Partlayış nəticəsində 2 əsgər şəhid olub, 1-i isə yaralanıb.

Bundan sonra bölgədə havadan dəstək verən helikopterlərlə əməliyyatlara başlanılıb.

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər