Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PKK-ya qarşı əməliyyatda 1480 nəfər ələ keçirilib

Oktyabr 05
15:37 2015

Türkiyə ordusu 90 gün ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1480 PKK terrorçusunu zərərsizləşdirib.

“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, bu müddət ərzində 140 hərbçi, polis və mühafizə xidmətinin əməkdaşı şəhid olub.

Terrorçuların törətdiyi partlayışlar və silahlı basqınlar zamanı 37 mülki şəxs ölüb, 464 nəfər yaralanıb. Ölkə daxilində keçirilən əməliyyatlarda 204 PKK terrorçusu öldürülüb, 123-ü həbs edilib.

Ümumilikdə 2799 nəfər terrorçuluqda və sabitliyin pozulmasında iştirakına görə və şübhəli şəxs qismində saxlanılıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər