Polşa müsəlmanları terror və irqçiliyə qarşı aksiya keçiriblər
704 dəfə baxılıb
Polşa müsəlmanları Puznan şəhərinin mərkəzində terrorizm və irqçiliyə qarşı etiraz aksiyası keçiriblər.
“Sələf Xəbər”in “Al Arabiyya”-ya istinadən xəbərinə görə, 300 nəfərədək müsəlman etirazçı bazar günü “Müsəlmanlar terrorizmə qarşıdırlar” və “İrqçiliyə son verin” şüarlar yazılan plakatlarla Puznan şəhərinin mərkəzində toplanıb.
38 milyon əhalisi olan və 90%-ni katolik xristianlar təşkil edən Polşada 15 mindən 25 minədək müsəlman yaşayır.
Mitinq təşkilatçısı, Puznan şəhər məscidinin imamı Yusif Çadid çıxışı zamanı bildirib: “Biz terrorizmin bütün təzahürlərini pisləyir və Fransa xalqı ilə, eləcədə dünyada bütün terror qurbanları ilə dərdlərini bölüşürük”.
Yusif Çadidin sözlərinə görə, polyakların arasında irqçiliyi dəstəkləyənlər az deyil və onlar bütün müsəlmanları terrorçu hesab edirlər. O qeyd edib: “Bura toplaşmağımızın səbəbi yalnız ekstremizm yox, həm də islamafobiyadır”.
Onu da xatırladaq ki, bu ayın əvvəllərində Polşanın Xarici İşlər naziri Vitolid Vaşçikovski Avropanın “Avropaya nifrət edən və onu məhv etmək istəyən müsəlman icmasına qarşı xüsusi yanaşma tərzi lazım olduğunu vurğulamışdı”.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).