Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Polşada müsəlman mərkəzinə hücum edildi

Noyabr 27
17:11 2017

Polşanın paytaxtı Varşavada yerləşən Müsəlman Mədəniyyət Mərkəzinə naməlum şəxslər tərəfindən hücum olunub.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə RMF radiosu məlumat yayıb. Mərkəzə hücum edən şəxslər onun şüşələrini və kondisionerini daşla qırıblar. Hücum zamanı mərkəzin işçiləri arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, bundan öncə Polşa millətçiləri ölkədən müsəlmanların qovulmasını tələb etmişdi.

Hazırda Polşadakı müsəlmanların sayı 15-35 min nəfər olduğu iddia olunur. Onların böyük əksəriyyəti Misir, Fələstin və Türkiyədən gələn müsəlmanlardır.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!

Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər