Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

PPK-çılar öz “tələ”lərinə düşüblər

Avqust 07
17:40 2015

PKK-nın Türkiyənin Hakkari şəhərinə hücum planı ifşa edilib.

“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, PKK Hakkarinin Yüksəkova bölgəsində AKP-nin binasına minaatanlardan hücum planı hazırlayırmış. Polis dərhal PKK-nın bu əməliyyatının qarşısının alınması istiqamətində tədbirlər görüb.

Həmçinin PKK-nın Hakkari-Çukurca avtomobil yoluna mina yerləşdirmək planı da ifşa edilib və partlayıcı maddələrin partladılması nəticəsində bir neçə PKK-çı öldürülüb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər