Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qaşqaylar Bayrağımızı öz bayraqları kimi qəbul ediblər

İyul 20
19:12 2015

Daha çox İranın Farsistan əyalətində yaşayan Qaşqay türkləri son elat məclisində bir sıra mühüm qərarlar qəbul ediblər.

“Sələf Xəbər” Atv.az-a istinadən xəbər veriri ki, Qaşqaylar sonuncu elat məclisində uzun illərdir çovkan yarışlarında istifadə etdikləri bayrağı elat bayrağı olaraq seçiblər. Yığıncağaqda qəbul edilən bayraq üçrəngli Azərbaycan bayrağının şaquli formasındadır. Soldan sağa mavi, qırmızı və yaşıl rəngli zolaqların ortasında aypara və səkkizguşəli ulduz həkk edilib. Səsvermədə tayfa başçıları bayrağın qəbulu üçün yekdilliklə səs veriblər. Yığıncaqda çıxış edən Qaşqayların elat ağsaqqalı (İlxan-T.T) bu bayrağın qəbul olunmasını köçəri elat tayfasının həyatında tarixi bir an kimi dəyərləndirib.

Qeyd edək ki, qaşqay türkləri İranda yaşayan sayları çox olan ən böyük tayfalardandır. Onlar Azərbaycan dilində danışırlar.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər.
Bu ayədən aydın olur ki, hər bir insan öz mənşəyini, nəslinin tarixini bilməyə borcludur, axı Allah insanları məhz buna görə xalqlar və qəbilələr birliklərinə çevirmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər