Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qatil Bəşər Əsəd “erməni soyqırımı”nı tanıyıb – FOTO

Aprel 25
21:37 2015

Dəməşqdə “erməni şəhidlərinə” küçə adı verildi.

Suriyada 19 minlərlə insanı kimyəvi bombalarla öldürən qatil Bəşər Əsəd saxta “erməni soyqırımı”nı tanıyıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bu haqda Suriya hökuməti rəsmi açıqlama verib.

Bundan başqa, paytaxt Dəməşqdə yerləşən Ermənistan meydanının adı dəyişdirilərək “erməni soyqırımı şəhidləri meydanı” adlandırılması ilə bağlı qərar verilib.

Qeyd edək ki, Roma Papası Fransisin 1915-ci ildə baş vermiş hadisələri “soyqırım” adlandırmasından sonra, bəzi dünya liderləri bu hadisələri “soyqırım” adlandırmaq üçün yarışa girib.

Dəməşqdə adı dəyişdirilən küçənin ad lövhəsini təqdim edir:

CDSL3ojVIAMZZX4

“Sələf Xəbər” qeyd edir ki, Suriyanın paytaxtı Dəməşqdə yerləşən küçədə divara vurulan lövhənin ərəbcədən tərcüməsi belədir:

“Erməni soyqırımı yeni tarixdə törədilən ilk kütləvi soyqırım cinayətlərindən sayılır. Onu türklər Birinci Dünya Müharibəsi ərəfəsində və müharibədən sonra törətmişlər. Kütləvi soyqırımı olan bu qırğınları türklər sistemli şəkildə, bilə-bilə, köçkünləri qətl etmək məqsədilə ağır şəraitdə hazırlanmış məcburi deportasiya əməliyyatlarını həyata keçirmişlər. Türklərin qırğınları nəticəsində erməni şəhidlərinin sayı bir milyon beş yüz mini keçmişdir. Şəhidlər meydanı. Erməni soyqırımı. Qədim Dəməşq məntəqəsi 07. Baba Toma küçəsi 6.”

 

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər