Qazaxıstan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıb
817 dəfə baxılıb
“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov bu ölkənin “Khabar” televiziya kanalına müsahibə verərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində rəsmi Bakının təşəbbüsləri barədə danışıb. Səfir Azərbaycanın problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.
Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı suala cavabında Z.Həşimov ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün böyük perspektivlərin olduğunu, neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın bu əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracağını bildirib.
Səfir cari ilin may ayında Astanada keçirilən Avrasiya Gömrük İttifaqının zirvə toplantısı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Ermənistanın bu təşkilata üzv olması üçün beynəlxalq normalara hörmət etməsinin zəruriliyini bildirməsinin ölkəmizdə məmnunluqla qarşılandığını vurğulayıb.
“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Muslim, Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)