Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qəfil yağan yağış hacıları sevindirdi – FOTO

Oktyabr 07
16:37 2014

“Sələf Xəbər”-in Anadolu Ajansı-na istinadən məlumatına görə, Səudiyyə Ərəbistanın Məkkə şəhərində qəfil yağmağa başlayan yağış müqəddəs torpaqlarda həcc edən zəvvarların sevincinə səbəb olub.

Dünyanın müxtəlif yerlərindən gəlmiş və Cəmərətdəki şeytan daşlama meydanına gedən 3 milyondan çox zəvvar, əsr namazı zamanı başlayan və getdikcə artan yağışa tutulublar.

Təqribən 15 dəqiqə ərzində yağan yağış səbəbilə bəzi insanlar ətrafdakı iş yerlərinə sığınmış, bəziləri isə əllərindəki paket və çətirlərlə yağışdan qorunmağa çalışıblar.

Bir neçə gündür ki, 40 dərəcə istiliyin və bürkülü hava şəraitinin hökm sürdüyü Məkkədə qəfildən yağan yağış şəhərə sərinlik gətirib. Cəmərət bölgəsində sürpriz yağışla qarşılaşan vətəndaşlar sevincə qərq olublar. Yağış Kəbə və ətrafındakı ərazilərə də yağıb.

📷

md-1

📷
md-2
📷
md-3

“Məgər Allahın göydən yağış yağdırdığını və (onunla ) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.”

Qurani Kərim, “Həcc” surəsi, 63-cü ayə

Digər xəbərlər