Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qərargahda namaz qılan Baş nazir kimi tarixə düşdü

Fevral 26
14:42 2015

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Baş qərargahda namaz qılan Baş nazir kimi tarixə düşüb.

Davudoğlu fevralın 21-dən 22-nə keçən gecə Baş qərargahda şükr namazı qılıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu, Süleyman şahın nəşinin köçürüləcəyi hərbi əməliyyatın keçirildiyi gecədir. Bildirilir ki, Baş nazir və Baş qərargah rəisi həmin əməliyyatı qərargah mərkəzindən idarə edib.

9.5 saat davam edən əməliyyat müddətində isə Davudoğlunun, sadəcə, 3 dəfə otaqdan çıxdığı bildirilir.

Baş nazir ilk dəfə otaqdan çıxarkən komandirin otağında Baş qəraragah rəisi general Necdət Özəllə xüsusi görüşüb.

İkinci dəfə sübh namazını qılmaq üçün otaqdan çıxan Baş nazir, əməliyyat başa çatarkən üçüncü dəfə şükr namazı qılmaq üçün otaqdan çıxıb.

Namaz qılaraq dua edən Əhməd Davudoğlu Baş qərargahda namaz qılan Baş nazir kimi tarixə düşüb.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə buyurmuşdur: “Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?” Ona qulaq asanlar: “Xeyr, ey Allahın Elçisi! Heç bir şey qalmaz” dedilər. Peyğəmbər: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir”, – deyə buyurmuşdur. (Buxari 15775)

Digər xəbərlər