Qərb memarlıq üslubunda məscidlər – FOTO
963 dəfə baxılıb
Dünyadakı məscidlərin çoxunun əsasən yerli mütəxəsisslər tərəfindən tikilməsinə baxmayaraq, varlı İslam ölkələri son zamanlar daha çox qərb ölkələrindən olan memarlara müraciət etməyə başlayıblar.
1. Abu-Dabi şəhərində Dünya Ticarət Mərkəzinin yeni məscidinin dizaynı ingilis memarı Amanda Levet tərəfindən hazırlanıb. Bu məscid tavanı İslam motiv və naxışlarını əks etdirən örtü ilə örtülmüş sütunlu bir meşəni xatırladır. Məscid yüksək texnologiyaları və eyni zamanda ənənəvi baxışları özündə cəmləyən bir memarlıq nümunəsidir.
2. Əlcəzairdə yerləşən “Böyük Məscid” Alman şirkəti KSP tərəfindən inşa edilib. Məscid İslam naxışlarını özündə əks etdirən bir neçə sütundan ibarətdir. Məscidin minarəsi itibucaqlı kvadrat şəklində olub, hündürlüyü 265 metrə çatır. Bu minarə dünyada ən hündür məscid minarəsidir.
3. Qatarda yerləşən və Britaniya şirkəti McAslan’s tərəfindən inşa edilən “Cümə” məscidi ilk görünüşdə sadə dizaynı ilə diqqəti o qədər də çəkməyə bilər. Lakin bu məscid qapıların səthində əks olunmuş zərif naxışlar və incə işləmələrlə zəngin dekorativ sənət əsərini xatırladır.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).