Qətər böhranına görə, ərəb ölkələrinin kəşfiyyat rəhbərlərinin toplantısı keçirilib
1. 055 dəfə baxılıb
Qahirədə Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin kəşfiyyat rəhbərlərinin toplantısı keçirilib. Selefxeber.az xəbər verir ki, “APA”nın məlumatına görə, bu barədə MEHA agentliyinə məlumatlı mənbələr bildirib.
İclasla bağlı digər təfərrüatlar açıqlanmayıb. İyulun 5-də Misirin paytaxtında həmçinin bu ölkələrin XİN rəhbərlərinin də toplantısı keçiriləcək. Görüşdə Qətərlə münasibətlərdəki böhran və bu ölkəyə dair sonrakı addımlar müzakirə olunacaq.
Xatırladaq ki, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn iyunun 5-də Dohanı terrorçuluğu dəstək verməkdə ittiham edərək, Qətərlə bütün diplomatik əlaqələri dayandırıblar.
Qətər ərəb qonşularının ittihamlarını rədd edərək onların irəli sürdüyü 13 tələblərinin reallıqdan uzaq olduğunu adlandırıb.