Qətər əmiri: “Biz heç bir terrorçu qruplaşmanı maliyyələşdirmirik”
Sentyabr 18
17:37
2014
843 dəfə baxılıb
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Qətərin əmiri Şeyx Tamim bin Həməd Əl Tani ölkəsinin heç bir terrorçu qruplaşmanı maliyyələşdirmədiyini bəyan edib.
Qətərin əmiri bunu Berlində Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“İraq və Suriyada baş verənlər ekstremizmdir. Bunun səbəbkarları qismən xaricdən maliyyələşdirilir. Ancaq Qətər heç vaxt terrorçu qruplaşmaları dəstəkləməyib və bundan sonra da dəstəkləməyəcək”, deyə o vurğulayıb.
A. Merkel isə “əmirin dediklərinə inanmamaq üçün elə bir səbəb yoxdur”, deyə bildirib.