Qətər ərəb ölkələrinin şərtləri ilə razılaşmayıb
İyun 28
18:26
2017
1. 195 dəfə baxılıb
Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bəyan edib ki, ərəb ölkələri tərəfindən terrorçuluğun dəstəklənməsinə son qoyulması ilə bağlı irəli sürülən şərtlər əsassızdır.
Selefxeber.az xəbər verir ki, “Oxu.Az” ın xəbərinə görə, onun sözlərini Reuters agentliyi sitat gətirib.
Xatırladaq ki, bundan əvvəl, Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr Qətərə qarşı irəli sürülən şərtlərlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.
“Blokadanı həyata keçirən ölkələrin təqdim etdikləri yalnız sübut olunmamış iddialardır. Tələblər real və həyata keçə bilən olmalıdır, əks halda onlar qəbuledilməzdir”, – nazir “Əl Cazirə” telekanalına müsahibəsində deyib.