Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Qətər Hava Yolları” dünyada ən uzun aviamarşrut açacaq

Yanvar 29
17:25 2016

“Qətər Hava Yolları” dünyada ən uzun aviamarşrut açmağı planlaşdırır.

“Qatar Airways” aviaşirkəti Qətərin paytaxtı Doha şəhəri Yeni Zelandiyanın Oklend şəhəri arasında uçuşlar həyata keçirərək dünyada ən uzun aviamarşrut açmağı planlaşdırır.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, aviaşirkətin rəhbəri Əkbər Əl Bakerin sözlərinə görə, təyyarə 14,5 min km məsafəni 18,5 saata qət edəcək. Aviareysin gələn il açılacağı planlaşdırılıb.

Qeyd edək ki, hazırda dünyada ən uzun aviareys Sidney-Dallas marşrutu üzrə həyata keçirilir. Təyyarə bu məsafəni eniş etmədən 17 saata qət edir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər