Qətər Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır
Fevral 16
18:39
2016
675 dəfə baxılıb
Ölkə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə çiyin-çiyinə durmağa hazırdır.
Qətər təklif aldığı halda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə əmirliyin müdafiə naziri Xalid əl-Atıya bildirib.
Nazirin sözlərinə görə, onun ölkəsi “Ər-Riyad xahiş etdiyi” halda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə çiyin-çiyinə durmağa hazırdır.
Bununla yanaşı əl-Atıya qeyd edib ki, əmirliyin mövqeyi artıq müəyyənləşdirilib: Suriya xalqının müdafiəsi üçün yerüstü əməliyyatın keçrilməsi tələb edilərsə, Qətərin çağırışa “hə” deyəcəyi Dohada 2015-ci ilin oktyabr ayında təsdiqlənib.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))