Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qətər vətəndaşlarının həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Avqust 17
17:47 2017

Qətər vətəndaşları həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.

Selefxeber.az “Report”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb.

Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.

Qəbuldan sonra Qətər vətəndaşlarının həcc ziyarəti xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb.

Digər xəbərlər