Qəzaya uğramış Malayziya təyyarəsi yenidən axtarılır
777 dəfə baxılıb
“Sələf Xəbər” Anadolu Ajansı-na istinadən xəbər verir ki, bu ilin mart ayında Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxan sərnişin təyyarəsinin Hind Okeanında axtarışlarına yenidən başlanılıb.
Avstraliyanın qərb sahilində 800 kilometr boyunca axtarışlar həyata keçirəcək heyətin tərkibində olan 3 gəmidən biri olan GO Phoenix gəmisinin 12 gün dayanmadan axtarışlar aparacağı gözlənilir.
Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi 8 mart tarixində Cənubi Çin dənizinin üzərində yoxa çıxmışdı. Təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü olub.
Hind Okeanı üzərində həyata keçirilmiş irimiqyaslı beynəlxalq axtarış işləri heç bir nəticə verməmişdi. Ərazidə dəniz yatağının xəritəsinin tərtib edilməsi üçün axtarış işlərinə fasilə verilmişdi.
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”
Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə