Qəzza qırğını: 202 ölü, 1520 yaralı
1. 014 dəfə baxılıb
“Regioninfo” Publika.az saytına istinadən xəbər verir ki, İsrailin Fələstində apardığı hərbi əməliyyatlar zamanı ölənlərin sayı 202 nəfərə çatıb. 1520 nəfər isə yaralanıb.
Bu barədə Fələstinin Səhiyyə naziri Əşrəf əl Kedra məlumat verib. İyulun 15-də gecə ərzində 20 nəfərin öldüyü xəbər verilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər.” (Müqəddəs Quran, “Muhəmməd” surəsi, 7-ci ayə).
Şeyx Albani (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: “Buradan əks anlama: Əgər siz Allaha kömək etməsəniz, O da sizə kömək etməyəcəkdir. “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz”: Bu ayədən belə məlum olur ki, bu sözlərin altında Allah Onun düşmənlərinə qarşı qoşunlarımız, donanma və başqa maddi gücümüzlə Ona kömək etməyimizi nəzərdə tutmur. Bu sözlərin mənası heç də bunda deyil, çünki Allah (O Qüdrətli və Böyükdür) Öz işlərini idarə etməyə qadirdir və Onun maddi mənada heç kimin köməyinə ehtiyacı yoxdur, və bu öz-özlüyündə aydındır.
Buna görə “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz” sözlərinin mənası bundan ibarətdir: “Əgər siz dinin əmrlərinə riayət etsəniz, elə bu da sizin Allaha köməyiniz olacaqdır (O Tərif edilən və Ucadır)”. İndi isə, məgər müsəlmanlar bu şərti yerinə yetirdilər? Məgər onlar bu vəzifələrini yerinə yetirdilər? Axı Allahın müsəlmanlara öz köməyini göstərməsi üçün bu şərt yerinə yetirilməlidir. Cavab hər birinizdədir: müsəlmanlar Allaha kömək etmədilər (O Qüdrətli və Böyükdür)!” (“Vəziyyətin düzəldilməsi üçün müsəlmanın yolu”).
Allah Qəzza müsəlmanlarına və bütün müsəlmanlara kömək olsun. Orda ölənlərə rəhmət, yaralılara şəfa və sağ qalanlara səbir diləyirik!