Qəzzada bir aylıq atəşkəs barədə razılıq əldə olunub
Avqust 27
17:46
2014
809 dəfə baxılıb
APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, Fələstin nümayəndə heyəti Qəzza zolağında bir aylıq atəşkəs rejiminin tətbiq olunmasına razılıq verib.
Bir aylıq atəşkəs təklifi Misir vasitəçiləri tərəfindən irəli sürülüb.
Fələstin prezidenti Mahmud Abbasın atəşkəs barədə rəsmi elan edəcəyi gözlənilir.
“HƏMAS” atəşkəsin şərtlərini qəbul etməyə artıq hazır olduğunu bəyan edib. “Yeni atəşkəs rejiminin tətbiqi Fələstin xalqının sarsılmazlığının nəticəsi olacaq”, deyə hərəkatın lideri İsmayıl Haniyə qeyd edib.
“Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir” .(Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə)