Qəzzada son 10 gün: 436 nəfər ölü, 3000 yaralı var
939 dəfə baxılıb
Azadinform xəbər verir ki, İsrailin Qəzzadakı hərbi əməliyyatı bazar günü 100-dən çox fələstinlinin həyatına son qoyub. Ötən gün vəziyyətin gərginləşdiyi iki həftə ərzində ən qanlı gün olub.
Qəzza şəhərinin şərqindəki Şücaiyyə rayonunun atəşə tutulması nəticəsində 60-dan çox adam Свыше ölüb. Ümumilikdə, İsrailin Qəzzaya 10 günlük hava hücumları, daha sonra üç gündür davam edən quru əməliyyatları nəticəsində 436 nəfər ölüb, yaralıların sayı 3000 nəfəri ötüb.
83 mindən çox fələstinli qaçqına çevrilib. Onlar BMT-nin himayəsi ilə yaradılmış 61 düşərgədə yerləşdirilib. BMT-nin fələstinli qaçqınlara yardım agentliyinin mətbuat katibi Kris Ginness bildirib ki, son dörd gün ərzində daxili köçkünlərin sayında 400 faizlik artım var.
İsrail ordusu da bazar günü 2006-cı ilin İkinci Livan müharibəsindən sonra ən ağır itkisini verib. Fələstinli döyüşçülərlə toqquşmalarda 13 İsrail əsgəri ölüb. Beləliklə, İsrail ordusunda itkinin sayı 20-yə çatıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər siz yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. (Həm də ona görə belə edirik) ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 140-141-ci ayələr).
“Allah məğlubiyyətə uğramış müsəlmanlara təskinlik verərək, belə məğlubiyyətin olduqca böyük faydası olduğunu izah edir. Əgər onları məğlubiyyətə uğratmışdılarsa, müşriklər onlardan da əvvəl belə bir məğlubiyyətə uğradılmışdılar. Hər iki tərəf bir-birilərinə son dərəcə ağır zərbələr endirmişdilər. Lakin müsəlmanların üstünlüyü ondadır ki, onlar Allahdan kömək alacaqlarına ümid bəsləyirlər, lakin kafirlər buna bel bağlamırlar. Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir” (Müqəddəs Quran, “Nisa” surəsi, 104-cü ayə).
Məğlubiyyətin yenə bir faydası ondadır ki, Allah maddi nemətləri təkcə iman gətirənlərə və möminlərə deyil, kafirlərə və fasiqlərə də bəxş edir. İnsanlar yer üzündə dəyişən uğurla hökmranlıq edirlər: bu gün bir qismi üstünlük əldə edir, sabah isə başqaları. Bu onunla izah olunur ki, bu dünya həyatı fani və keçicidir. O, bütövlüklə iman gətirmiş şəxslər üçün təyin olunmuş Axirət həyatından fərqlidir.
Məğlubiyyətin və aldanmanın bir faydası da ondadır ki, bu zaman Allah əsil möminləri münafiqlərdən fərqləndirir, çünki əgər müsəlmanlar bütün döyüşlərdə qələbə çalsaydılar İslam dinini onu istəməyənlər də qəbul edərdi. Lakin bəzən müsəlmanlar məğlubiyyətə məruz qalır və ağır günlər keçirməli olurlar ki, bu da onlara, həm bədbəxtlik və həm də xoşbəxtlik anlarında İslam dininə sadiq qalan möminlərlə bu keyfiyyətlərə malik olmayan münafiqlərin arasındakı həddi öyrənməyə imkan verir.
Məğlubiyyətin bir faydası da ondadır ki, həlak olan müsəlmanlara şəhid ölümü nəsib olur. Şəhidlər Allah dərgahında ən yüksək dərəcələrdən birini tuturlar ki, oraya qalxmaq ancaq xüsusi əməllər sayəsində mümkündür. Allah mömin qullarına göstərdiyi lütfkarlığı ilə onlara belə əməlləri izah etmişdir, onlar insan nəfsi üçün məşəqqətli olsa da, insanlara yüksək dərəcələri fəth etməyə və əbədi səadətə qovuşmağa imkan verir ki, bu da insanın bütün həyatı boyu can atdığı məqsəddir. İnsanlar özlərinə qarşı zalımlıq etdikdə və Allah yolunda mübarizədən çəkindikdə Allah onlara nifrət bəsləyir.
Uca Allah buyurur: “Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi” (Müqəddəs Quran, “Tövbə” surəsi, 46-cı ayə).
Məğlubiyyətin bir faydası da Allahın möminləri günahlardan və nöqsanlardan təmizləməsindədir. Buradan aydın olur ki, şəhid ölümü və Allah yolunda döyüşdə iştirak etmək sayəsində insan nöqsanlarından xilas olur. Məğlubiyyətlərin sayəsində də Allah möminlərin sıralarını münafiqlərdən təmizləyir. Müsəlmanlar da onlardan xilas olaraq, əsil mömini münafiqdən fərqləndirməyi öyrənirlər.
Məğlubiyyətlərin daha bir faydası da onların kafirlərin məhv edilməsi və qəti surətdə qırılması üçün səbəb olmasıdır. Kafirlər müsəlmanlar üzərində qələbə çalaraq, özbaşınalıq etməyə başlayır və bu dünyada ağır cəzaya layiq görülənədək günahkar əməllərini artırırlar və bu özü də Allahın mömin qullara göstərdiyi lütfkarlıqdır.” (Bax “Təfsir Əs-Saadi”).