Qorxunc video – İŞİD peşmərgənin 7 əsgərini bıçaqla kəsdi
1. 032 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması əlinə keçən əsirləri işgəncə ilə öldürərək edam səhnələrini video şəklində yayınlamaqla qorxu yaratmağa davam edir.
Bu dəfə hədəfdə İraq Peşmərgələri olub. İŞİD terror xəvaric qruplaşması onları Kərkük şəhərində gedən döyüşlərdə əsir götürüblər.
“Sələf Xəbər” xarici mətbuata istinadən bildirir ki, vəhşilik və çirkinliklə dolu edam səhnəsi yeddi nəfər peşmərgənin başının bıçaqla kəsilməsini əks etdirir. (videoda şiddət və qorxu səhnələri olduğu üçün onu yayınlamırıq). Edam İraqın Mosul şəhərində icra edilib.
Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması bir ildən çoxdur ki, bu şəhəri ələ keçirib.
İŞİD terror xəvaric qruplaşmasının bu edamı Peşmərgə qüvvələrinin Kərkükün cənub qərbində 10 kəndi onların əllərindən almasından sonra icra etməsi, qarşı tərəfdə qorxu yaratmağa hesablanmışdır.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.