Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qroznıda terror aktı: 5 polis öldü, 12 nəfər yaralandı

Oktyabr 07
20:48 2014

APA RİA Novosti agentliyinə istinadən bildirir ki, Çeçenistanın paytaxtı Qroznıda baş vermiş partlayışda 5 polis ölüb, 12 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, Qroznının mərkəzi meydanında şəhərin quruluş ildönümünə həsr olunmuş konsert təşkil olunub. Konsertin keçirildiyi əraziyə daxil olmaq istəyən gənclərdən birini polis yoxlamaq istəyərkən o üzərindəki bombanı işə salıb.

Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.

İlkin məlumata görə, bombalı hücumçu 19 yaşlı yerli sakin Opti Mudarovdur.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kasset, A tərəfi).

Digər xəbərlər