Qüdsdə ermənilər Türkiyə bayrağını yandırıb
751 dəfə baxılıb
Qüdsdə yaşayan ermənilər Türkiyə Baş konsulluğuna hücum ediblər.
“Sələf Xəbər”in Movqe.az-a istinadən məlumatına görə, ermənilər 1915-ci il hadisələri ilə bağlı təşkil etdikləri yürüş zamanı Baş konsulluğun önünə gəliblər. Müxtəlif şüarlar səsləndiriblər. Bununla kifayətlənməyən ermənilər Baş konsulluğun önündə Türkiyə bayrağını yandırıblar. Qüdsdə təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edib. Ermənilər Baş konsulluğun önündən uzaqlaşdırılıb.
Qeyd edək ki, Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin gün üzünə çıxarılması üçün bütün arxivlərini açmağa hazırdır. Lakin Ermənistan tərəfi hər dəfə bundan imtina edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, erməni diasporunun 1915-ci il hadisələrini siyasiləşdirməyə çalışması ermənilər üçün böyük zərər verəcək.
Sələf Xəbər: Ermənilər vəhşiliklərini asanlıqla başqalarının üstünə atmaqdan ötrü hər vasitəyə əl atırlar. Ötən əsrdə onlar tərəfindən 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilib. Ermənilərin törətdikləri Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Və düşmən bu gün də əməllərini ört-basdır etmək üçün öz məkirli niyyətini, hiyləgər siyasətini yeridir.
İnanırıq ki, Allah-Təala onların yalanlarını ifşa etməkdə yardımçımız olacaq.