Qüdsdə gərginlik davam edir – 50 yaşdan aşağı kişilərə qadağa qoyuldu
1. 075 dəfə baxılıb
İsrail polisi 50 yaşdan aşağı kişilərə qadağa qoydu.
“Məscidi-Aksa” müsəlmanları bu günü “nifrət cüməsi” elan edərkən, digər tərəfədən İsrail polisi yeni təhlükəsizlik tədbirlərini açıqlayıb.
Selefxeber.az-ın məlumatına görə, “Publika.az” xəbər verir ki, məscidin giriş qapılarına metal detektorları qoyulmasını protesto edən müsəlmanlar cümə namazını küçələrdə qılmağa başlayıb.
İsrail polisi isə bölgəyə yalnız qadınları və 50 yaşdan yuxarı kişiləri buraxıb. Bölgəyə gələn müsəlman avtobuslarının qarşısının alınması üçün bəzi küçələrə barrikadalar qurulub.
***
İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib.
Publika.az xəbər verir ki, hücum nəticəsində 2-si ağır olmaqla, 22 nəfər xəsarət alıb. Polislər etirazı davam etdirən bəzi fələstinliləri həbs edib.
İsraildəki hadisələrə laqeyd qalmayan ABŞ-dan çağırış mesajları gəlib.
ABŞ Xarici İşlər Nazirliyinin spikeri Heter Nauret Məscidi-Aksa bölgəsində yaşanan hadisələrin sakitləşdirilməsi üçün İsrail və Fələstinə müraciət edərək hər iki tərəfə də gərginliyi artıracaq addımlardan qaçmaq çağırışını edib:
“Bunun çox həssas bir mövzu olduğunun fərqindəyik. Məhz buna görə də hadisələri yaxından izləyirik. Bölgədəki mövcud status-kvonu dəstəkləyirik və bunun qorunmasının tərəfdarıyıq”.
Xatırladaq ki, İsrail polisi iyulun 14-də Məscidi-Aksada silahlı hücumda iştirak etmək iddiası ilə 3 fələstinlini öldürmüşdü. İnsident nəticəsində 2 İsrail polisi yaralanmış və müalicə aldıqları xəstəxanada dünyasını dəyişmişdi.
Bu hadisə səbəbilə Məscidi-Aksanı ibadətə bağlayan polis Hərəmi-Şərifin qapısını bazar günü açmış və terror hadisələrinin qarşısını almaq məqsədilə metal axtarış detektoru quraşdırmışdı.
Hazırda minlərlə fələstinli isə buna etiraz olaraq namazlarını Məscidi-Aksanın qarşısında qılır.
Polislə fələstinlilər arasında bu səbəbə görə tez-tez mübahisələr yaşanır.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).