Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Qurani-Kərim” samoa dilinə tərcümə edildi

May 19
18:36 2017

Sakit okeanda yerləşən kiçik Samoa dövlətinin müsəlman icma başçısı ölkədə cərəyan edən islamofobiyanın aradan qaldırılmasına yönəldilmiş böyük bir təşəbbüs həyata keçirib.

Selefxeber.az-ın ansar.ru-ya istinadən xəbərinə görə, müsəlman icmasının lideri İmam Muhamməd bin Yəhya özü şəxsən “Qurani-Kərim”i samoa dilinə tərcümə edib. Bundan əlavə, o, tərcümə etdiyi kitabın 2000 nüsxəsinin çap olunması üçün Türkiyə dövləti ilə razılaşma əldə edib.

Tezliklə kitab nüsxələri Samoa dövlətinə göndəriləcək və İmam Muhamməd tərcümənin sayəsində ölkə əhalisinin az da olsa İslam dininə qarşı münasibətinin dəyişilməsinə ümid edir.

Hal-hazırda isə Samoa hökuməti ölkəni rəsmi xristian dövləti elan etmək üçün konstitusiya dəyişikliklər edir. Buna səbəb xristian icma başçısının İslam dinini qanunvericilik səviyyəsində qadağan etmək üçün irəli sürdüyü təşəbbüs olub.

İmam Muhamməd bin Yəhya bildirib ki, məhz buna görə də o, “Qurani-Kərim”i samoa dilinə tərcümə etmək üçün addım atıb. O, insanların bu dinə düşmən münasibətini dəyişmək üçün onların İslam dininin mahiyyətini dərk etmələrinin vacib olduğunu vurğulayıb.

Müsəlman icma başçısı tərəfindən müqəddəs kitabın tərcüməsi təxminən 3 il müddətinə başa çatıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!

Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)

Qeyd etmək lazımdır ki, Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, “Hədid” surəsi, 9-cu ayə)

Digər xəbərlər