Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

R.Kadırov: “Əxlaqsız fransız jurnalına münasibətimizi bildirmənin vaxtı çatıb” – FOTO

Yanvar 15
16:48 2015

Yanvarın 19-da Qroznıda Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturalarının dərc edilməsinə qarşı xalq yürüşü həyata keçiriləcək.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Çeçenistan lideri Ramzan Kadırov bu barədə “İnstaqram” səhifəsində yazıb.

“Biz daim dua edirik ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Allahın hüzurunda bizə duaçı olsun. Fransız jurnalının müəlliflərinin və buna onları təhrik edən güclərin əxlaqsız hərəkətlərinə öz açıq münasibətimizi söyləməyin vaxtı çatıb. Bizim tərəfimizdən bu hərəkətlərin qınanmasını göstərən xalq yürüşü keçiriləcək”, – deyə Kadırov bildirib.

Respublika başçısının sözlərinə görə, yürüşdə 500 mindən çox insanın iştirak edəcəyi gözlənilir: “Biz bütün dinlərə hörmətlə yanaşırıq. Amma heç kəsə bizim Peyğəmbərimizi (Allahın ona salavat və salamı olsun) təhqir etməyə icazə verməyəcəyik! Kim bunu etməyə çalışsa, bizim düşmənimizdir!”, – deyərək Kadırov qeyd edib.

📷

rk

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.” (Qurani-Kərim, “Tövbə” surəsi, 65,66-cı ayələr)

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) istehza etmək kafirlikdir və insanı İslamın ağuşundan çıxardır, çünki din – Allaha ehtirama, Onun dininə və elçilərinə hörmətlə yanaşmağa əsaslanır. Onlara rişxənd etmək İslam dininin özülünə uyğun gəlmir və ona tamamilə ziddir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər