Psixoloji araşdırma: radikal fikirləri aradan götürmək mümkündürmü?
1. 029 dəfə baxılıb
“Sələf Xəbər”-in aawsat.com saytına istinadən xəbərinə görə, ABŞ Mariland Universitetinin psixologiya müəllimi və Terror araşdırmaları üzrə milli mərkəzin tədqiqatçısı olan Are Kruqlanski bildirib ki, təsdiqlənilməsi çətin olsa da, psixoloji üsullardan istifadə edərək ən şiddətli radikal fikirləri belə kökündən çıxartmaq mümkündür.
Bunun necə baş tutacağını bilmək üçün ilk olaraq radikallığa meylin köklərini dərindən bilmək lazımdır. “Radikallıq” termini məqbul sayılan həyat tərzindən uzaqlaşıb radikal fikirlərdən tutaraq, o radikal yola uyğun hərəkət etmək deməkdir. Buna baxmayaraq o fikirləri dəyişməyə qabildir.
Radikal fikirlərə düşmüş bəzi kəslərin daha sonra o fikirləri tərk etməsi mümkündür. Qeyd etmək yerinə düşərdi ki, radikal fikirləri tərk etmək bir, bu prosesin necə baş verəcəyini anlamaq isə tamamilə başqa bir şeydir. Sadə olaraq deyək ki, radikal fikirləri tərk etmək üç əsasa söykənir. Ehtiyaclarını ödəmə, lazımlı olduqlarını hiss etdirmə və sosial mühiti dəyişmə.
Radikallığı atmaq üçün ilk addım: radikalların motivlərini, etiqadlarını və reallıqlarını təşkil edən ehtiyaclar ödənilməlidir. Çox vaxt biz ancaq görmək istədiyimizi görür və təsdiqləmək istədiyimizi təsdiqləyirik. Sağlam sübutlar güclü olsa da, belə ehtiyaclarımıza zidd olarsa tamamilə qaneedici olmaya bilər.
İkinci addım: Radikal fikirli insanlara lazımlı olduqlarını və ehtiram edildiklərini hiss etdirmək lazımdır. Bəzi ölkələrdə radikal fikirlərdən qurtulmaq üçün hazırkı proqramlardan istifadə edilir. Səudiyyə Ərəbistanında və Sinqapurda məhbusların əhəmiyyətli olmalarını hiss etdirmək üçün peşə təhsili verməklə, iş tapmaqla və hətta bəzən evləndirməklə ehtiyacları ödənilir.
Üçüncü addım: Anlamaq lazımdır ki, radikalların yaşadıqları sosial mühit istər onların radikallaşmasına, istərsə də radikal fikirlərini tərk etmələrində olduqca mühüm bir ünsürdür. İnsanların fikirləri və etiqadları öz ətraflarındakı toplumların müştərək reallıqları ilə möhkəmlənir. Radikallaşma ailədən, dostlardan və karizmatik şəxslərdən ibarət olan sosial mühitdə baş verir. Belə ki, sosial boşluqda radikal fikirdən qurtulmaq mümkünsüzdür.
Səudiyyə Ərəbistanında və Sinqapurda tətbiq edilən radikallığın kökündən yox edilməsi proqramı radikalların həbs edilmiş başçılarını və əsas üzvlərini onlara tabe olanlardan ayırmaqla radikal qruplaşmaların dinamikalarını sındırırlar. Həmçinin o proqram hikmətli yollardan istifadə edərək həbs illərini başa vurmamışdan qabaq həbs olunan radikalların ailələrinin etdikləri orta yol fikirli təsirlərinin köməyi ilə həmin məhbusları o fikirlərdən daşındırır və bir daha radikal fikirlərə qayıtmamaqlarına yardımçı olur.
Dünyanın müxtəlif yerlərində minlərlə radikalların həbs olunduğu bir zamanda radikallığın kökündən çıxarılmasına keçmişdən çox indiki dövrdə daha çox ehtiyac vardır. Baxmayaraq ki, radikallığı kökündən çıxartmaq üçün psixologiya prinsipləri müəmmalı deyildir. Lakin, onu həyata keçirtmək məharət, yaradıcı qabiliyyət və vəsait tələb edir.
Bu təhlükəyə cavab verən ən üstün yol keçmiş ABŞ prezidentliyinə namizəd, ABŞ Respublikaçılar Partiyasının sədri Mitt Romneyin istehza ilə dediyi kimi “hökumətlərin bu xaosdan çıxması öldürməklə mümkün deyildir” və buna ehtiyac da yoxdur. Həqiqətən də radikal fikirlərin kökündən çıxarılması məsələsi ən yüksək maraq və öhdəliyə haqq qazandıran beynəlxalq bir zərurətdir. Əsrimizin əsas problemi də elə budur.