Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ramazan ayında atəşkəs elan olundu

İyun 17
14:25 2015

Yəməndə müharibə edən tərəflər BMT-nin sponsorluğu ilə keçirilən sülh danışıqlarında atəşkəsin vacib olmasına razılaşıblar.
BMT-nin Yəməndəki xüsusi elçisi hazırda detallar üzrə müzakirələr aparıldığını deyib.

“Sələf Xəbər”in Anspress.com-a istinadən məlumatına görə, BMT-nin Yəməndəki xüsusi elçisi İsmail Ould Şeyx Əhməd deyib ki, hazırda detallar üzrə müzakirələr aparılır. Müxtəlif siyasi fraksiyalar arasında fikir ayrılıqlarını həll etməyə çalışırıq. Ancaq tərəflər hələ də danışıqlar masasından imtina edir, fərqli məsələlər irəli sürürlər.

Yəmənin cənubundakı separatçı dəstə liderlərindən olan Qaleb Al-Mutlak bildirib ki, müzakirə olunan atəşkəs iyunun 18-də Ramazan ayı ilə başlayıb bir ay çəkəcək. Digər detallar üzrə də müzakirə olunur.

Xatırladaq ki, ötən ilin sentyabrında İranın dəstəklədiyi husi qüvvələri paytaxt Sananı tutub, prezident Abd-Rabbu Mansur Hadi ölkədən qaçaraq Səudiyyə Ərəbistanında gizlənib. Bu ilin martında isə Səudiyyə Ərəbistanı koalisiyası husilərə hava zərbələri endirməyə başlayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir”. (Qurani-Kərim, “Hucurat” surəsi, 9-cu ayə)

“Uca Allah möminlərə bir-biri ilə vuruşmağı və öz qardaşlarına qarşı güc tətbiq etməyi qadağan etmişdir. Əgər buna baxmayaraq möminlər arasında döyüş başlayarsa, onda düşmənçilik edən tərəflərə aidiyyəti olmayan möminlər bu böyük bəlanı dayandırmağa və müsəlmanları barışdırmağa borcludurlar. Onlar öz vasitəçilik vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməlidirlər ki, qardaşlar arasında əmin-amanlıq bərqərar olsun. Onlar sülhə və razılaşmaya nail ola bilsələr, bu çox gözəl olar. Əgər tərəflərdən biri digərinə qarşı zülm etsə, onda müsəlmanlar ədalətsizlik edənlərə qarşı, onlar Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) hökmlərinə tabe olanadək və yaxşılıq etməyə razılaşanadək, zülmün qarşısını almalıdırlar, çünki qan tökülməsi və zorakılıq zülmün ən böyük təzahürüdür”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər