Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ramazan ayında “Əl-Həram” məscidini ziyarət edənlərin sayı açıqlandı

İyul 01
17:56 2015

Ramazan ayının ilk 10 günündə 8 milyon müsəlman “Əl-Həram” məscidini ziyarət edib.

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən xəbərinə görə, Həcc və Ümrə İdarəsindən verilən məlumatda bu göstəricinin keçən illə müqayisədə 49% artdığı bildirilib.

Eləcə də, 38 min minik avtomobilinin eyni müddət ərzində ziyarətçi daşıdığı məlum olub ki, bu göstərici də 2014-cü ilə nisbətən 25% daha çoxdur.

Hal-hazırda Müqəddəs Məscid ərazisində piyadaların və sərnişinlərin hərəkəti üçün 8 yeni stansiya tikilib. Yaxın gələcəkdə isə “Əl-Həram” məscidinə 25 milyon sərnişini qəbul etmək və yola salmaq üçün işlər aparılır.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün Həcc və Ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Digər xəbərlər