Ramazan ayında Məkkədə 5 milyon pulsuz yemək dağıdılacaq
May 30
17:32
2016
746 dəfə baxılıb
Müqəddəs Ramazan ayında Məkkədə 5 milyon porsiya pulsuz yemək və bir o qədər də içməli su şüşələri paylanacaq.
Xeyriyyə təşkilatlarının hesabına təşkil olunan aksiyada pulsuz yeməklərin çatdırılması 300 nəfərə yaxın könüllü şəxs tərəfindən həyata keçiriləcək.
Aksiya zamanıi ilk əvvəl Müqəddəs Məsciddəki ümrə ziyarətində olan zəvvarların, eləcə də şəhər xəstəxanaları, təhlükəsizlik nəzarət məntəqələri və Ciddə hava limanının pulsuz yeməklə təmin olunması nəzərdə tutulub.
Onu da qeyd edək ki, keçən il Məkkədə keçirilən oxşar tədbir zamanı təxminən 6 milyon porsiya pulsuz yemək və 17 milyon içməli su şüçəsi paylanmışdır.
Mənbə: Ислам.ру
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutana iftar verərsə ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oructutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi.)