Ramazanda 42 min suriyalı vətəninə qayıdıb
1. 021 dəfə baxılıb
Türkiyə hakimiyyəti öz ərazisində məskunlaşmış suriyalı qaçqınların Ramazan ayında ölkələrinə qayıdaraq oradakı qohumalrını ziyarət edə bilmələri üçün müvəqqəti olaraq Suriya ilə sərhədi açıb.
Selefxeber.az “milliyet.com.tr“yə istinadən xəbər verir ki, Qaziantep, Şanlıurfa, Qəhrəmanmaraş, Kilis əyalətlərindəki sərhəd qapısından hər gün minlərlə suriyalı öz ölkəsinə geri dönür.
Xatırladaq ki, hal-hazırda Türkiyədə təxminən 3 milyon suriyalı müvəqqəti sığınacaq tapıb. Türkiyədən Ramazan ayı səbəbi ilə Suriyaya qayıdan məcburi köçkünlərin sayı 42 mini keçib. Bu sayın Ramazan ayının sonuna kimi 100 minə çatacağı ehtimal olunur.
23 iyuna qədər Suriyaya gedən məcburi köçkünlər Ramazan bayramını vətənlərində qeyd etdikdən sonra 14 iyula qədər Türkiyəyə qayıda biləcəklər.