Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ramazanda borcluları həbsdən qurtaracaqlar

İyul 07
19:15 2015

Sudan müsəlman gəncləri bu il Ramazanda ehtiyacı olanlara ənənəvi üsullardan fərqli bir üsul ilə yardım etmək qərarına gəliblər.

“Qəlbi təmizləməyin yollarından biri öz malından dindaşlarınla paylaşa bilməkdir. Hətta paylaşdığınız bir ovuc xurma və ya bir şüşə su olsa belə. Bizə lazım olan insanların üzlərindəki sevinc və təbəssümü görə bilməkdir”. Bu sözləri Sudan gənclər təşkilatının fəallarından biri olan Məhəmməd Akud deyib.

“Sələf Xəbər”in Ansar.ru-ya istinadən xəbərinə görə, bu il Sudan müsəlman gəncləri avtobus stansiyaları, xəstəxana və digər ictimai yerlərdə pulsuz iftar təşkil etmək qərarına gəliblər. Onlar bu ərazilərdə yemək səbətləri və su paylamağa başlayıblar. Artıq hər bir oruclu müsəlman öz dindaşları tərəfindən pulsuz iftara qonaq ola biləcək.

Fəallardan Məhəmməd Alsidin sözlərinə görə, Ramazan ayı girməmiş bir ay əvvəldən ehtiyacı olanlara un, bitki yağı, xurma, şəkər paylamaq üçün onlar dostları və ailələrindən ianə toplamağa başlayıblar.

Eləcə də gənclər borc üzündən həbs olunmuş tənha anaların əvəzinə onların borcunu ödəyərək həbsdən azad olunmasına kömək ediblər. “10 dollara görə qadının həbsə atılaraq uşaqlarından məcburən ayrı qalması bizim üçün yolverilməzdir”, – deyərək müsəlman gənclərdən Sami Alşinavi qeyd edib.

Sudan siyasətçisi Rabi Abd Ələtin sözlərinə görə, gənclərin bu təşəbbüsü Ramazan ayında ənənəvi xeyriyyəçilik üsulunun müasir təzahür formasıdır: “Bu təşəbbüslər dövlətin səyləri ilə birləşərək cəmiyyətdəki problemlərin qismən həll olunmasına yardım edir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 184-cü ayə)

Digər xəbərlər