Ramazanda İslam Ordusu qərargahı qurulur.
843 dəfə baxılıb
Səudiyyə Ərəbistanının başçılığı ilə aralarında Türkiyənin də olduğu 34 müsəlman ölkəsi ordularından ibarət İslam Ordusuna aid qərargahın Ramazan ayında qurulması qərarlaşdırılıb.
Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan və aralarında Türkiyənin də olduğu 34 müsəlman ölkəsi ordularının indi də ortaq bir koordinasiya mərkəzində əməkdaşlığının genişləndirməsi nəzərdə tutulub.
Qərargahın İŞİD xəvaric terror qruplaşması başda olmaqla, bir çox terror qruplaşmalarına qarşı mübarizə məqsədilə yaradıldığı bildirilib.
Yaradılacaq İslam Ordusu qərargahında İranın və onun bölgədəki müttəfiqləri olaraq görülən İraq və Əsəd rejiminin bir araya gələcək 34 dövlətin arasında olmaması diqqətdən kənar qalmayıb.
Mənbə: Haber7.com
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!…” (Ali İmran: 103).
Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).